"Skoda" avtomobil istehsalını bir həftəlik dayandıracaq

 18:30 16.09.2021     44

Çexiyanın "Skoda" avtomobil şirkəti elektron komponentlərin çatışmazlığı ilə əlaqədar sentyabrın 27-dən bir həftə müddətinə istehsal prosesini dayandıracaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə zavodun həmkarlar ittifaqı bildirib.

Qeyd olunur ki, şirkət ölkə ərazisindəki hər üç zavodda istehsalı dayandıracaq. Fasilənin bir həftə davam edəcəyi gözlənilir.

Bu müəssisələrdə ümumilikdə 34 minə yaxın əməkdaş işləyir.

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/avto/980379.html