"Rusiyanın təklifləri Bakı və Yerevana təqdim olunub"

 18:32 16.09.2021     47

Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin və bütün sərhəd boyunca demarkasiyanın tezliklə işə salınmasına çağırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya iki ölkə arasında sərhədin ayrı-ayrı hissələrində vəziyyəti diqqətlə izləyir: "Bununla əlaqədar Rusiyanın təklifləri Bakı və Yerevana təqdim olunub. Biz gələcək kursun formalaşdırılması üçün cavab gözləyirik. Paralel olaraq biz Azərbaycan və Ermənistanla birgə regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması üzrə səyləri davam etdirəcəyik".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/980437.html