Azərbaycanda itə işgəncə verən şəxs cəzalandırıldı

 18:38 16.09.2021     47

Rəhmsiz rəftar göstərilərək su kanalına atılan itlə bağlı sosial şəbəkədə yayılan görüntülər əsasında aparılan araşdırma başa çatıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Publika.az-a bildirib ki, hüquq-mühafizə orqanları ilə birgə aparılan araşdırma zamanı iti suya ataraq onunla qəddar davranan şəxsin Yevlax rayon sakini İlkin Səfərov olduğu müəyyən edilib.

“Faktla bağlı təqsirkar İ.Səfərov barəsində protokol tərtib olunub və o, inzibati məsuliyyətə cəlb olunub”,- o bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/369362.html