Gədəbəydə əməliyyat - Avtomobildən odlu silah tapıldı

 18:49 16.09.2021     41

Gədəbəy sakinindən silah-sursat götürülüb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Gədəbəy RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Zəhmət kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində kənd sakini C.Məmmədova məxsus “VAZ-2106” markalı avtomobilə baxış zamanı oradan qanunsuz saxladığı “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Araşdırma aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/369350.html