Füzulidə daha bir erməni hərbçisinin meyiti tapıldı

 18:58 16.09.2021     45

Azərbaycan ərazisində daha bir erməni hərbçisinin meyiti tapılıb.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Cəsədin Füzuli rayonu ərazisində tapıldığı bildirilib.

Bununla da 14 noyabr 2020-ci ildən indiyədən Qarabağda axtarışlar zamanı tapılan erməni əsgər meyitlərinin sayı 1668-ə çatıb.

Qeyd edək ki, axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/587344.html