Qala gecəsindəki yeməkləri bəyənmədi - FOTO

 19:18 16.09.2021     38

Amerikalı aktrisa və müğənni Keke Palmer "Met Gala 2021" gecəsində təqdim olunan yeməkləri bəyənməyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı boşqabını instaqram hesabında paylaşaraq "Bu səbəbdən sizə bütün yeməyi göstərmirlər, sadəcə oynayıram" deyə, yazıb.

Qeyd edək ki, bilet qiymətləri 30-35 min dollar olan moda gecəsinin bu ilki menyusu Nyu-Yorkun ən məşhur 10 aşpazı tərəfindən hazırlanmış vegan yeməklərindən ibarət olub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/980373.html