Qısqanc ər arvadını və körpəsini bu səbəbdən yandırdı - VİDEO

 19:36 16.09.2021     36

Təxminən 4 ay əvvəl İzmir həbsxanasından çıxan şəxs həyat yoldaşının bazardan evə gec gəldiyi üçün qısqanclıq zəminində ağır xəsarət yetirib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, arvadının və yaşyarımlıq uşağın üstünə odekolon tökərək yandırıb. Bədənində ağır yanıq xəsarətləri alan qadın və oğlu xəstəxanaya aparılıb.

Arvad polisə əvvəlcə hadisənin təsadüfən baş verdiyini desə də, sonra ifadəsini dəyişib. Bundan sonra qısqanc ər həbs edilib.

Kamran Seyidov
Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/980422.html