Taliban bizə təxliyə işlərində yardım etdi - ABŞ

 23:55 18.09.2021     63

Qatar hava yolları şirkətinin təyyarəsi Əfqanıstan paytaxtı Kabildən 28 amerikalı və ABŞ-da yaşamaq icazəsi olan 7 nəfəri təxliyə edib.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.

O qeyd edib ki, Taliban təxliyə əməliyyatına yardım edib:

"ABŞ vətəndaşlarının və əfqanların tam sərbəst hərəkətini təmin etmək üçün əməkdaşlığımızı davam etdirəcəyik".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/587875.html