Fransa İngiltərə səfirini niyə geri çağırmadı?

 01:11 19.09.2021     60

Fransanın ABŞ və Avstraliyadakı səfirlərini geri çağırması fonunda İngiltərə ilə bağlı analoji addımı atmaması diqqət çəkib.

Axar.az xəbər verir ki, məsələyə Fransa xarici işlər naziri Jan İv Lö Drian aydınlıq gətirib.

Drian Avstraliyadakı vəziyyətin fonunda İngiltərədəki səfirin geri çağırılmasına ehtiyac olmadığını söyləyib:

"Vəziyyəti yenidən qiymətləndirmək üçün səfirlərimizi (ABŞ və Avstraliya səfirləri - red.) geri çağırdıq. İngiltərə ilə bağlı buna ehtiyac yoxdur. Onların daimi fürsətçiliyini bilirik. Bu səbəbdən səfirimizi geri qaytarmağa ehtiyac yoxdur".

Qeyd edək ki, Avstraliyanın Fransa ilə 90 milyardlıq sualtı qayıq razılaşmasını ləğv etməsindən sonra Parisin ABŞ-la münasibətləri gərginləşib. Paris Vaşinqtondan və Avstraliyadan öz səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/587884.html