Fələstinlilərin düşərgəsində qarşıdurma: yaralılar var

 01:25 19.09.2021     59

Livanda fələstinli qaçqınların yaşadığı Eyn əl-Hilvə qaçqın düşərgəsində müxalif qruplar arasında silahlı qarşıdurma yaşanıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Hadisə nəticəsində 4 nəfər yaralanıb.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Livanda fələstinli qaçqınların sığındığı 12 düşərgədə təxminən yarım milyon insan yaşayır. Düşərgələrin təhlükəsizliyi Fələstin qrupları tərəfindən təmin edilir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/587886.html