Qaribaşvili: "Gürcüstan-Azərbaycan dostluq münasibətləri yüksək səviyyədədir"

 06:46 19.09.2021     41

"Azərbaycan Gürcüstanın yalnız qonşusu deyil, qardaş dövlətdir".

Publika.az xəbər verir ki, bu sözləri Baş nazir İrakli Qaribaşvili Marneuli rayonunun Qızılhacılı kəndində SOCAR şirkətinin inşa etdirdiyi idman kompleksinim açılış mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır:

"İki ölkə arasında dostluq münasibətləri yüksək səviyyədədir".

Baş nazir deyib ki, SOCAR Gürüstanda ən böyük investor şirkətlərdən biri olmaqla yanaşı, sosial layihələr də həyata keçirir:

"Müasir idman kompleksi Gürcüstana böyük hədiyyədir. SOCAR şirkətinin rəhbərliyinə təşəkkür edirəm".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/369598.html