"Qarabağ" "Sumqayıt"a qalib gəldi

 21:44 20.09.2021     60

Premyer Liqanın IV turunun son matçında "Qarabağ" öz meydanında "Sumqayıt"ı qəbul edib.

Axar.az xəbər verir ki, "Azərsun Arena"da keçirilmiş görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hər iki qolu Filip Ozobiç vurub. O, əvvəlcə 42-ci dəqiqədə penaltidən fərqlənib. 30 yaşlı futbolçu görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə isə son nöqtəni qoyub.

Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran "Qarabağ" "Qəbələ" ilə 1-2-ci yerləri bölüşdürür. "Sumqayıt" isə 6 xalla 5-ci sıradadır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/588265.html