Nazirlik Sumqayıtdakı bu zavodda araşdırma aparır

 21:53 20.09.2021     54

Sentyabrın 19-da Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıtda fəaliyyət göstərən "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodundan havaya qara tüstünün yayılması müşahidə olunub.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin regional idarəsinin rəsmisi Fərid Piriyev məlumat verib.
Onun sözlərinə görə, hazırda faktla bağlı araşdırma aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/588271.html