Revaksinasiya koronavirusdan müdafiəni 20 dəfə artırır

 21:54 20.09.2021     55

Artıq koronavirus əleyhinə vaksinasiyanın tam kursunu keçmiş xəstələrə vurulan buster adlanan inyeksiyalar, bu xəstəliyin ağır formasından onların müdafiə olunma səviyyəsini 20 dəfə artırır. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu qənaətə peyvəndin buster dozasından çox aktiv istifadə edilən İsraildəki tədqiqatçılar gəliblər.

İsraildə aparılan yeni tədqiqatlar göstərir ki, COVID-19 əleyhinə üçüncü - buster peyvəndi vurulan insanlar, COVID-19-un ağır formasından təxminən 20 dəfə, ikinci peyvəndi ən azı 5 ay əvvəl qəbul edənlərlə müqayisədə ilkin yoluxmadan isə 10 dəfədən çox daha müdafiə olunur. Bu tədqiqat "The New England Journal of Medicine" nüfuzlu elmi nəşrdə dərc edilib.

Yenidən peyvənd edildikdən sonra koronavirusun ağır forma xəstəsi olmaq riski isə 19,5 dəfə azalır. İsrail Səhiyyə Nazirliyinin verdiyi bəyanatda deyilir ki, hətta daha konservativ təhlil aparıldıqda belə, buster inyeksiyası alan insanlar arasında yoluxma səviyyəsi ən azı 5 dəfə aşağı olub.

Tədqiqata bir milyondan çox israilli haqqında məlumatlar daxildir. Ölkədə revaksinasiya kampaniyası fəal şəkildə davam edir. Bu, artıq yoluxma hallarının sayında nəzərəçarpacaq dərəcədə azalmaya səbəb olub. Hələ bu yaxınlarda, İsrail milyon əhaliyə düşən yoluxma nisbətinə görə dünyada birinci yerə çıxmışdı, baxmayaraq ki, əvvəllər bu ölkə yetkin əhalinin 90 faizindən çoxunun vaksinlə əhatə olunmasına görə ilk ölkə olaraq kollektiv immunitetə nail olmuşdu.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/981037.html