Fransanın kəskin reaksiyası: ABŞ AUKUS-u tərk edir?

 22:22 20.09.2021     58

ABŞ Fransanın razılaşmaya son reaksiyasından sonra AUKUS-dan ayrılmaq niyyətində deyil.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki danışıb.

Qeyd edək ki, Avstraliya Fransa ilə 90 milyard Avstraliya dolları (56 milyard avro) dəyərində olan sualtı qayıqlarla bağlı müqavilədən çıxıb və ABŞ və Britaniya ilə AUKUS sazişi imzalayıb. Bu isə Fransanın kəskin etirazına səbəb olub və Paris ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb. Fransa xarici işlər naziri Jan İv Lö Drian sazişin ləğvini xəyanət olaraq dəyərləndirib və Fransanın kürəyindən vurulduğunu deyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/588275.html