Ölkədə bu il daşınan sərnişinlərin sayı açıqlandı

 22:40 20.09.2021     56

2021-ci ilin yanvar-avqust aylarında nəqliyyatçılar 744,5 milyon sərnişinə xidmət göstəriblər.

Axar.az xəbər verir ki, sərnişinlərin 95,8 faizi avtomobil nəqliyyatı, 3,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Avtomobil nəqliyyatı ilə 2021-ci ilin yanvar-avqust aylarında 713,6 milyon sərnişin, dəmir yolu nəqliyyatı ilə 1 milyon 533,3 min, dəniz nəqliyyatı ilə 10,4 min, metro ilə 28,7 milyon, hava nəqliyyatı ilə 687,2 min sərnişin daşınıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/588277.html