Ərdoğan Putinlə Azərbaycanda türk bazasını da müzakirə edəcək

 23:02 20.09.2021     54

Əgər cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasını Azərbaycan və Türkiyə tərəfinin Putinlə həyata keçirəcəyi görüşlərin fərqli şəkildə inkişaf etdirə biləcəyini deyibsə, Soçi görüşündə bu məsələnin müzakirəsi mümkündür.

Bu sözləri Axar.az-a türk hərbi ekspert Hakan Kılıç Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşü zamanı Azərbaycanda türk bazasının yaradılmasını müzakirə etmə ehtimalından danışarkən deyib.

Ekspert bu qərarın Azərbaycan və Türkiyə arasında həll oluna biləcəyinə inandığını deyib:

“Bu iki ölkənin verəcəyi qərardır, bunun üçüncü bir ölkəyə aidiyyəti yoxdur”.

Mütəxəssisin sözlərinə görə, burada Rusiya ilə əlaqələrdən söhbət gedir, onun razılığından deyil:

“Azərbaycan bizim qardaşımızdır, müharibə zamanı Türkiyənin Azərbaycana göstərdiyi dəstək isə ortadadır. Məncə, orada baza qurmaq hər iki ölkənin maraqlarına uyğundursa, bunu etmək lazımdır. Məqsəd onsuz da Ermənistan və İrandan qorunmaqdır. Bunun Rusiya ilə heç bir əlaqəsi yoxdur. Türkiyə Azərbaycanda quracağı baza Rusiyanı hədəfləməyəcək, Türkiyənin buna ehtiyacı da yoxdur”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/588286.html