ABŞ-da məktəbdə atışma zamanı 2 nəfər yaralanıb

 23:16 20.09.2021     57

ABŞ-ın Virciniya ştatının Nyuport-Nyus şəhərindəki məktəbdə baş vermiş atışma nəticəsində azı iki nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli polisin saytında məlumat verilib.

"İki nəfər həyatları üçün təhlükəli olmayan güllə yaraları ilə xəstəxanaya yerləşdirilib", - deyə polisdən bildiriblər.

Polis yaralananlar və şübhəli şəxs haqqında məlumat verməyib və araşdırma aparıldığını qeyd edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları yaxınlıqdakı digər məktəblərdə atışma olmadığını bildiriblər.

"NBC" telekanalının məlumatına görə, hər iki yaralı 17 yaşındadır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/981286.html