Qırğızıstanda Azərbaycana və Ermənistana eyni səfiri təyin etmək təklif olundu

 23:37 20.09.2021     60

Qırğızıstan parlamentinin beynəlxalq məsələlər komitəsinin sədri Tazabek İkramov ölkənin Azərbaycandakı səfirinin eyni zamanda Ermənistana da səfir təyin olunmasını təklif edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o bu versiya ilə Xarici İşlər Nazirliyinin Rusiyadakı səfir Gülnarə-Klara Samatın Ermənistana da səfir təyin edilməsi təklifindən sonra çıxış edib.

"Siz təklif edirsiniz ki, Rusiyadakı səfirimiz Ermənistanda da səfir olsun. Rusiya böyük ölkədir. Səfirliyimizin orada çox işi var. Biz Azərbaycanda səfirimizin səlahiyyətlərinə Ermənistana nəzarəti də əlavə etməliydik. Orada vətəndaşımız azdır. Niyə Rusiyadakı səfirliyimizə əlavə iş yükləyirsiniz?", - deyə İkramov müraciət edib.

Qırğızıstan XİN-in müavini Nuran Niyazəliyev İkramova belə izahat verib:

"Bizim Azərbaycanda - Bakıda bir səfirliyimiz var. Ancaq Azərbaycanla Ermənistan arasındakı münasibət səbəbindən Bakıdan Ermənistana nəzarət etmək mümkün olmayacaq".

Müzakirədən sonra XİN-in Gülnarə-Klara Samatın Rusiya ilə yanaşı, Ermənistanda da səfir olması təklifi qəbul edilib. 

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/981288.html