Səfirimiz Georgi Pertaia ilə görüşdü

 23:54 20.09.2021     56

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın Ticarət və Sənaye Palatasının prezidenti Georgi Pertaia ilə görüşüb.

Bu barədə Axar.az-a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsində işgüzar dairələrin rolu qeyd edilib. Bu sahədə mütəmadi olaraq qarşılıqlı səfərlərin həyata keçirilməsinin, o cümlədən biznes forumların və konfransların təşkilinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Gürcüstanın Ticarət və Sənaye Palatası ilə Azərbaycanın aidiyyəti qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də, həmin qurumlar arasında təcrübə mübadiləsinin aparılması və müvafiq sənədlərin imzalanması imkanları nəzərdən keçirilib.

Görüşdə həmçinin, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin davam etdirilməsinin önəmi vurğulanıb.

Eyni zamanda, hər iki ölkənin özəl sektor təmsilçiləri arasında artan marağı və potensialı nəzərə alaraq, yaxın gələcəkdə Bakıda işgüzar dairələrin iştirakı ilə Azərbaycan-Gürcüstan Biznes Forumunun keçirilməsinin faydalı ola biləcəyi qeyd edilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/588288.html