Quterreş Ərdoğanla görüşdü

 00:00 21.09.2021     56

BMT-nin baş katibi Antoniu Quterreş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Publika.az xəbər verir ki, görüşdə Suriya, Liviya və Əfqanıstanla bağlı fikir mübadiləsi aparılıb.

Baş katib və prezident Kipr məsələsini də müzakirə ediblər.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdədir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/dunya/369776.html