Kosova ilə Serbiya arasında gərginlik son həddə: Qadağa!

 00:34 21.09.2021     58

Kosova ilə Serbiya arasında gərginlik yenidən yüksəlib.

Axar.az xəbər verir ki, Kosova Serbiya nömrə nişanlı avtomobillərin ölkəyə girişini dayandırıb.

Məsələ ilə bağlı açıqlama yayan Kosovo Daxili İşlər Nazirliyi yalnız müvəqqəti Kosova nömrələri verilən avtomobillərin ölkəyə girişinə icazə verildiyini bildirib.

Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovo hökumətinin belə bir addım atmasına etirazını bildirib.

O qeyd edib ki, Kosova Brüssel anlaşmasını pozub və məsələni Avropa Birliyinin baş diplomatı Jozep Borrell ilə müzakirə edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/588305.html