Hikmət Hacıyev gürcü jurnalistlərlə görüşdü

 01:24 21.09.2021     60

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gürcüstandan olan jurnalistlər, bloqerlər və akademiklərlə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün Tvitterdəki hesabında bildirib.

"Qonşu Gürcüstandan olan jurnalistləri, bloqerləri və akademikləri salamlamaqdan məmnunam. Regional problemlərlə bağlı səmimi və geniş fikir mübadiləsi apardıq. Gürcü dostlar Şərqi Zəngəzur və Qarabağın İqtisadi Zonalarını, xüsusən Şuşa və Ağdamı ziyarət edəcəklər",- deyə Hikmət Hacıyev bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/588314.html