Ağdamda ekskavator minaya düşdü - YARALI VAR

 01:31 21.09.2021     54

Ağdam rayonunda ekskavator yol inşası zamanı minaya düşüb.

Publika.az xəbər verir ki, hadisə Xaçınçay ərazisində baş verib.

Tank əleyhinə minanın partlaması nəticəsində Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Ağayev Zəfər Yunis oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Z.Ağayev Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/369780.html