Türkiyə XİN rus xalqına başsağlığı verdi

 01:35 21.09.2021     54

Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın Perm şəhərində baş vermiş kütləvi qətllə bağlı açıqlama yayıb.

Axar.az xəbər verir ki, Türkiyə XİN-in açıqlamasında silahlı hücumun qınandığı bildirilib.

“Perm Dövlət Universitetində çoxsaylı insan ölümünə və yaralanmasına səbəb olan silahlı hücumu qətiyyətlə qınayırıq. Həyatını itirənlərin ailələrinə, rus xalqına başsağlığı verir, yaralılara təcili şəfalar diləyirik”, - deyə bildirilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/588311.html