Taliban Rəbbaninin adını universitetdən sildi

 01:46 21.09.2021     53

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Taliban paytaxt Kabildə yerləşən Bürhanəddin Rəbbani adına Pedoqoji Universitetin adını dəyişməyə qərar verib.

Axar.az xəbər verir ki, bu barədə “Khama Press” məlumat yayıb.

Talibanın yaydığı açıqlamada isə bildirilir ki, universitetlər ölkənin intellektual mülkiyyəti olduğundan siyasi, yaxud etnik liderlərin şərəfinə adlandırılması doğru deyil.

Qeyd edək ki, B.Rəbbani 1992-2001-ci illərdə Əfqanıstanın qanuni yolla seçilmiş prezidenti olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/588315.html