Türkmənistan Prezidenti 2064 məhkumu əfv etdi

 08:28 21.09.2021     30

Türkmənistanın dövlət müstəqilliyinin əldə olunmasının 30-cu ildönümü şərəfinə 2064 məhkum əfv edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Prezident Qurbanqulu Berdiməhəmmədov sərəncam imzalayıb.

Bildirilib ki, əfv olunanlar arasında arasında 2058 Türkmənistan vətəndaşı və altı xarici dövlətin vətəndaşı var.

Əfv olunanlar "əsas cəzanı daha sonra həbs cəzası çəkməkdən, habelə müəyyən bir ərazidə yaşamaq öhdəliyi tətbiq etmək şəklində əlavə cəzadan" azad ediliblər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/981308.html