Rusiyada seçkilərin yekun nəticələri açıqlandı

 08:36 21.09.2021     33

"Vahid Rusiya" partiyası protokolların 100 faizinin yoxlanılmasından sonra 49,82 faiz səs toplayaraq Dövlət Dumasına seçkilərində irəlidədir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) rəsmi internet saytı məlumat dərc edib.

Bildirilib ki, Kommunist Partiyası 18,93 faiz, Liberal Demokrat Partiyası 7,55 faiz, "Ədalətli Rusiya - Vətənpərvərlər - Həqiqət Üçün" - 7,46 faiz səs toplayıb.

Həmçinin, mövcud məlumatlara görə, "Yeni İnsanlar" partiyası 5,32 faiz səslə Dumaya daxil olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/mdb/369794.html