Kürəkən qayınata və qayınanasını bıçaqladı

 08:53 21.09.2021     31

Bakının Sabunçu rayonunda ər və arvad bıçaqlanaraq, ağır xəsarətlər alıblar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsində baş verib.

1949-cu il təvəllüdlü Əliyev Müzəffər Gülhüseyn oğlu və onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Əliyeva Kəklik Ağasalah qızı kürəkənləri tərəfindən əvvəlcə döyülüblər.

Daha sonra kürəkən qayınanasına altı, qayınatasına isə üç bıçaq xəsarəti yetirib. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/981306.html