Meksikada hədiyyə qutusundan bomba çıxdı - Ölənlər var

 08:58 21.09.2021     33

Meksikada doğum gününə göndərilmiş hədiyyə paketinə bomba qoyulub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Quanacuata vilayətinin Salamanka şəhərində baş verib.

Belə ki, bir restoranda doğum günü şənliyi təşkil edən iş yeri sahibinə göndərilən bombalı hədiyyənin açılması iki nəfərin ölümünə, dörd nəfərin yaralanmasına səbəb olub.

Partlayışda ölənlərdən biri doğum gününü qeyd edən məkan sahibidir.

Hücumla əlaqədar istintaq başladılıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/981311.html