Ərdoğan BMT-dən səsləndi: Azərbaycan işğala son qoydu!

 23:18 21.09.2021     55

Qafqazda sabitlik baxımından önəmli addımlar atılıb.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də çıxışı edərkən deyib.

"Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub. Qafqazda davamlı sülhün adına yeni fürsətlər üçün pəncərələr açılıb. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq", - Ərdoğan qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/588542.html