Kadırov Baydeni Çeçenistana dəvət etdi

 23:41 21.09.2021     51

Çeçenistan Prezidenti Ramzan Kadırov ABŞ Prezidenti Co Baydeni respublikaya səfərə dəvət edib.

Axar.az xəbər verir ki, bu barədə Kadırov Teleqram kanalında yazıb.

Kadırov Baydeni dünyanın ən aqressiv ölkəsinin lideri hesab edib.

Qeyd edək ki, BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında çıxış edən Amerika lideri Çeçenistandan Kamerunadək bütün cinsi azlıqların hüquqlarını qorumalı olduqlarını bildirib.

O, faktiki olaraq, respublika rəhbərliyini insan hüquqlarının pozmaqda ittiham edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/588537.html