Ərdoğandan Ukraynaya dəstək: Krım da daxil olmaqla...

 01:16 22.09.2021     49

Ukraynanın ərazi bütövlüyünün qorunması olduqca vacibdir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı deyib.

"Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması mühümdür. Krım tatarlarının hüquqlarının müdafiəsi ilə bağlı səylər gücləndirilməlidir", - deyə Ərdoğan bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/588562.html