BMT və İƏT əməkdaşlığı müzakirə etdi

 01:36 22.09.2021     50

BMT Baş katibi Antonio Quterreş və İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osaymin arasında Nyu-Yorkda keçirilən görüşdə dünyanın iki böyük beynəlxalq təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Axar.az xəbər verir ki, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilən görüşdə hər iki baş katib əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edib. A.Quterreş İƏT-in Yaxın Şərq və İslam aləmində, həmçinin bütün dünyada sülhün və sabitliyin bərqərar olmasında mühüm rolunu vurğulayıb.

Y.Əl-Osaymin, öz növbəsində, BMT-nin qlobal çağırışlar fonunda fəaliyyətinin daha da güclənməsinin vacibliyini qeyd edib, rəhbərlik etdiyi təşkilatın bu işə töhfə verəcəyini bildirib.

Görüşdə beynəlxalq məsələlər, o cümlədən silahlı münaqişələr, terrorizmlə mübarizə, iqlim dəyişikliyi və sair mövzular ətrafında fikir mübadiləsi aparılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/588565.html