Turnir yekunlaşdı, Günay 10-luqdan kənarda qaldı

 02:05 22.09.2021     52

Şahmat üzrə “Hou Yifan Challenge” turnirinin son 4 turunun oyunları keçirilib.

Axar.az xəbər verir ki, Yudit Polqarın komandasında yer alan Azərbaycanın qadınlardan ibarət milli komandasının lideri Günay Məmmədzadə günün birinci qarşılaşmasında – 14-cü turda Yahli Sokolovskiyə (İsrail) qalib gəlib, növbəti turda Tingjie Lei (Çin) ilə heç-heçə edib, son iki turda isə Avonder Liang (ABŞ) və Volodar Murzinə (Rusiya) uduzub.

Şahmatçımız 17 turda əldə etdiyi 5 xalla 14-cü yerdə qərarlaşıb. Turnirin qalibi 13,5 xalla almaniyalı Vinsent Keymer olub.

Turnirdə iki - Yudit Polqar və Vladimir Kramnikin komandalarının heyətində ümumilikdə 17 şahmatçı mübarizə aparıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/588564.html