11 yaşlı gəlin və 12 yaşlı bəy - Valideynlər həbs edildi - FOTO

 16:48 22.09.2021     47

Misirin El Havamedia şəhəri yaxınlığındakı kəndlərdən birində polis 11 yaşlı gəlin və 12 yaşlı bəyin valideynlərini həbs edib.

Milli.Az Alarabia News nəşrinə istinadən xəbər verir ki, onlar azyaşlıların nişan mərasimini keçirməkdə ittiham olunublar. Gəlin və bəyin valideynləri qızıl aldıqları bir zərgərlik mağazasının şəkillərinin Facebook-da yerləşdirilməsindən qısa mərasimin qarşısı alınıb. Görüntülər sosial mediada yayılıb və polisin diqqətini çəkib.

Hüquq-mühafizə orqanları uşaqların valideynlərini tapıb, nişanlanmadan bir saat əvvəl onları həbs edib və araşdırmalara başlayıb. Qanuna görə, Misirdə evlənmək yalnız 18 yaşından sonra mümkündür.

Kamran Seyidov
Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/981735.html