Rusiya məxfi departament yaradır

 17:19 22.09.2021     41

Rusiya Xarici İşlər Nazirliyi humanitar siyasətlə bağlı yeni departament açmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu məlumat “Ruskiy oriyentalist” Teleqram kanalında yer alıb. Məlumata görə, bu departament Moskvanın xaricdəki təsirini genişləndirmək üçün çalışacaq.

Bu departamentin həmçinin mədəni əlaqələrin genişləndirilməsi və beynəlxalq inkişaf üçün proqramlarla çalışacağı vurğulanıb.

Bu bölmənin Türkiyənin Türk İnkişaf və Əməkdaşlıq Agentliyinin (TİKA) bənzəri olacağı bildirilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/588708.html