Qarabağda xidmət edənlərin övladları harada təhsil alacaq?

 17:36 22.09.2021     39

Xidməti fəaliyyəti ilə bağlı işğaldan azad edilən ərazilərdə yaşayan şəxslərin övladları hazırda əvvəl oxuduqları təhsil müəssisələrində təhsillərini davam etdirirlər.

Axar.az xəbər verir ki, bu barədə Report-a Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, işğaldan azad edilən ərazilərdə hazırda ümumi təhsil müəssisələri hələ ki fəaliyyət göstərmir.

Xatırladaq ki, bu gün ölkədə fəaliyyət göstərən məktəblərdə aşağı siniflər üzrə (I-IV) ənənəvi əyani tədris bərpa olunub. Sentyabrın 29-da isə yuxarı sinif (V-XI) şagirdləri, eləcə də ali və orta ixtisas təhsili müəssisələrində tədris başlayacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/588717.html