AİB Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu açıqladı

 17:54 22.09.2021     34

Asiya İnkişaf Bankı (AİB) bu il Azərbaycanda inflyasiyanı 4,5 faiz səviyyəsində proqnozlaşdırır. Bu da aprel ayındakı proqnozla müqayisədə 1 faiz çoxdur.

Trend bu barədə AİB-in "Asian Development Outlook-2021" hesabatına istinadən məlumat verir.

Eyni zamanda, proqnozlara əsasən, 2022-ci ildə ölkədə inflyasiya 3 faiz ətrafında olacaq.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda inflyasiya 2,8 faiz təşkil etmişdi.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/981761.html