Avropa Birliyi Kabildə nümayəndəlik açacaq

 22:30 23.09.2021     43

Avropa Birliyi (AB) Əfqanıstanın paytaxtı Kabildə daimi nümayəndəliyinin açılması üzərində çalışır.

Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

"Biz bunun üzərində çalışırıq. Ancaq məxfilik səbəbindən nümayəndəliyin açılması vaxtını sizə deyə bilmərəm", - Borrell qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/589027.html