Türkiyədən Rusiyaya başsağlığı: Kədərinizi bölüşürük...

 00:41 24.09.2021     50

Türkiyə Xarici İşlər Nazirliyi Rusiyaya Xabarovsk vilayətində qəzaya uğrayan An-26 təyyarəsində həlak olan insanlarla əlaqədar başsağlığı verib.

Axar.az xəbər verir ki, 6 ekipaj üzvünün həlak olduğu qəza ilə bağlı verilən başsağlığında qeyd olunub:

"Rusiyanın dost xalqının kədərini bölüşür, bu faciəli qəzada həyatını itirənlərin ailələrinə və hökumətə başsağlığı veririk".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/589054.html