Bayden Hindistanı daimi üzv olmağa çağırıb

 08:43 25.09.2021     37

ABŞ prezidenti Cozef Bayden hesab edir ki, Hindistan BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, Hindistanın baş naziri Narendra Modi və ABŞ prezidenti arasında keçirilən görüşün yekunları üzrə Hindistanın xarici işlər nazirinin birinci müavini Harş Vardhan Şrinqla deyib.

O bildirib: "Bizim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında sədrliyimiz, xüsusilə Əfqanıstan məsələsində yüksək qiymətləndirildi. Prezident Cozef Bayden hesab edir ki, Hindistanın BMT Təhlükəsizlik Şurasında daimi yeri olmalıdır".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/982530.html