Türkiyənin yeni PUA-sı “Aksungur” nümayiş olundu

 08:48 25.09.2021     36

Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan pilotsuz uçuş aparatı (İHA) "Aksungur" TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalında nümayiş olunub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, TUSAŞ İHA Sistemlərinin direktor köməkçisi Ömər Yıldız bildirib ki, hazırda il sonunadək Türkiyə Silahlı Qüvvələrinə (TSK) vermək üçün 4 "Aksungur" hazırlanır. 50 saatdan çox havada qala bilən "Aksungur" 18 aya hazırlanıb. Ondan hərbi məqsədlə ilk olaraq Hərbi Dəniz Qüvvələri istifadə edəcək.

"Aksungur" uzun müddət havada qala bilir ki, bu da zaman itkisini aradan qaldırır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/982536.html