Merkel parkda “hücuma” məruz qaldı - FOTO

 09:18 25.09.2021     39

Almaniya kansleri Angela Merkel Meklenburg-Vorpommern turu ərəfəsində quş parkını ziyarət edərkən tutuquşu "hücumuna" məruz qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı yayımlanan fotoşəkillərdən görünür ki, Merkelin ətrafında bir dəstə rəngli tutuquşu uçur, onlardan biri hətta siyasətçinin başına qonur.

Kansler onları əllərindən su, çiçək tozu və meyvə şəkərinin qarışığı bəsləyərkən, tutuquşulardan biri ona dimdikləyib.

Bundan sonra Merkel 60 santimetrlik əl yapalağına yaxınlaşmaq istəməyib.

"Yox, yox. Mən tutuquşularla da pis bacarmadım", - deyə o, bildirib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/982549.html