Bayramovla Mirzoyan Nyu Yorkda görüşdü

 09:37 25.09.2021     35

BMT Baş Assambleyası çərçivəsində Azərbaycanla Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş baş tutub.

Axar.az xəbər verir ki, görüş ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryü Şafer, Stefan Viskonti və İqor Xovayevin iştirakı ilə keçirilib. Tərəflər arasında Azərbaycan-Ermənistan münasibətlərində yeni reallıqları nəzərə alaraq normallaşma prosesləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu iki ölkə XİN rəhbərinin 2020-ci ilin noyabrından bu yana ilk şəxsi görüşüdür.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/589346.html