Koronavirusa qarşı iksir hazırlayan məşhur şaman eyni virusdan öldü

 09:42 25.09.2021     35

Şri-Lankada insanları koronavirusdan qoruyan bir iksir icad etdiyini iddia edən məşhur şaman eyni virus səbəbindən ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ölkədə idman ulduzlardan tutmuş siyasətçilərə qədər bir çox insanı müalicə etdiyini iddia edən Eliyanza Vayt adlı hindu iksiri yuxuda gördüyünü demişdi.

O, hazırladığı qarışığın çaylara tökülməsinin Şri-Lanka və qonşu Hindistandakı pandemiyaya son qoya biləcəyini bildirmişdi.

Bir müddət öncə koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən 48 yaşlı Vayt iki həftə reanimasiyada qaldıqdan sonra həyatını itirib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/982553.html