Şuşa teatrının direktoru koronaya yoluxdu - Vəziyyəti ağırdır

 09:57 25.09.2021     39

Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovun vəziyyəti ağırdır.

Kult.az xəbər verir ki, direktor koronavirusa yoluxub və hazırda Zığ Modul Tipli Xəstəxanaya yerləşdirilib.

Yadigar Muradov Qaynarinfo.az-a açıqlamasında "hər şey yaxşı olacaq" deyə bildirib.

Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov bu yaxınlarda Şuşada olmuş, evinə baş çəkmiş və bununla bağlı saytımıza geniş müsahibə vermişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/kult/589348.html