Avropada qazdan sonra kömür də bahalaşır

 10:08 25.09.2021     34

Avropada hasil edilən kömürün dəyər rekord həcmə qalxıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb. Məlumata görə, kömürün dəyəri 2,6% yüksələrək, metr ton üçün 137 dollar təşkil edib.

Agentlik qiymətin qalxmasının elektrostansiyaların tələbatının artması və anbarlarda ehtiyatların azalması əlaqədar olduğunu bildirib. Buna görə də Avropanın kommunal xidmətləri həddən artıq yüksələn qaz qiymətlərinə alternativ olaraq kömürə keçməyə məcbur olublar. Vəziyyəti həmçinin Avstraliya, Cənubi Afrika, Kolumbiya və Rusiyadan kömür tədarükünə qadağa qoyulması da dərinləşdirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/589349.html