Məşhur aktyor üçün film gerçək oldu - FOTO

 10:18 25.09.2021     34

Britaniyalı aktyor Deniel Kreyq Kral Hərbi Dəniz Donanmasının fəxri komandiri seçilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin saytında məlumat verilib.

"Komandir Kreyqin fəxri zabit təyin edilməsi, onun Böyük Britaniya ordusuna olan şəxsi dəstəyini əks etdirir", - deyə məlumatda deyilir.

Qeyd edək ki, Kreyqin beş filmdə canlandırdığı 007 agenti Ceyms Bond da eyni ada sahibdir.

"Fəxri Baş Komandir adına layiq görülməyim mənim üçün böyük fəxrdir" - deyə artist hisslərini bölüşüb.

Qeyd edək ki, oktyabrın 7-də 007 agenti barədə franşizanın "Ölmək vaxtı deyil" adlı yeni hissəsi yayımlanacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/982550.html