İnsan öldükdən sonra və ya dəfn edildiyi gecə...

 23:15 25.09.2021     48

Dini inanca görə, dəfnin ilk gecəsində Nəkir və Münkir adlı iki sorğu mələyi qəbrə daxil olub, insana bəzi suallar verir. Bu suallara cavabından asılı olaraq, insanın qəbir həyatının necəliyi müəyyən olunur. Ya onun ruhu axirətə kimi nisbətən rahat bir şəraitdə qalır, ya da ağır bir şəraitdə axirəti gözləyir. Bunu təsvir edən hədislərdə deyilir ki, ölünün qəbrinə cənnətdən ya cəhənnəmdən pəncərə açılır. Bununla belə, insanın dəqiq aqibəti axirət günündə məlum olacaq. Onun əməlləri mizan tərəzisində çəkiləcək, müqəddəslərin şəfaəti nəzərə alınacaq. Bundan sonra həmin insan ya birbaşa cənnətə göndəriləcək, ya öz günahlarını təmizləmək üçün müvəqqəti əzaba məhkum ediləcək, ya da əbədi olaraq cəhənnəmə salınacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/982020.html